Nərimanov rayonunda yol qəzası ölümlə nəticələnib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Əhməd Rəcəbli küçəsində baş verib. Yaqut Rzaquliyeva avtomobil yolunu keçən zaman Emil Mehtiyev “Mazda” markalı nəqliyyat vasitəsi ilə onu vurub. Nəticədə qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.