Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində Qazaxıstan vətəndaşının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
34 yaşlı Mərdan Əhmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağında yolu keçən 64 yaşlı Nübar Kuliyevanı vurub.
Kuliyeva aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.