Nərimanov rayonunda ikimərtəbəli bina yanıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 2650 kv.m olan tikilinin 1-ci mərtəbəsində qeydə alınıb. Nəticədə sahəsi 150 kv.m olan anbarın içərisində 1 ədəd soyuducu yanıb. Binanın digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.