Nərimanov rayonunda 2 qadını avtomobil vurub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
75 yaşlı Sara Hüseynova və qızı Sevil Fərzəliyeva avtomobil yolunu keçən zaman onları Rauf Rüstəmovun sürücüsü olduğu “Xəzər” markalı nəqliyyat vasitəsi vurub. Nəticədə yaşlı qadın hadisə yerində dünyasını dəyişib, onun qızı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.