Bakının Nərimanov rayonunda avtomobil mağazaya çarpılıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Yenisabah.az-a istinadən xəbər verir.
Hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. “Kia” markalı avtomobil idarəetmədən çıxıb və aşaraq yol kənarında yerləşən obyektin içərisinə daxil olub.
Qəza nəticəsində sürücü xəsarət alıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb və obyektə ciddi maddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, avtomobilin aşmasına səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkət etməsi olub.