Nərimanov rayonunda ağac adamın üzərinə aşıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Təbriz küçəsi, 94 ünvanında qeydə alınıb. 31 yaşlı Araz Şüyüflü səkidə hərəkət edən zaman güclü külək səbəbindən ağacın iri budağı qoparaq piyadanın üzərinə düşüb. Nəticədə A.Şüyüflü almacıq və topuq sümüyünün sınığı, o cümlədən qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətdədir.
Faktla bağlı araşdırma aparılır.