Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yola aşıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Küçənin Xətai prospekti istiqamətində ağac yolun hərəkət hissəsinə, avtomobilin üzərinə aşıb. Nəticədə ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunublar və ağac yoldan götürülüb.
[caption id="attachment_128729" align="alignnone" width="640"] Foto Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi[/caption]