Bakının Nərimanov rayonunda ahıl kişi yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
84 yaşlı Akif Abbasov yolu keçən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.