Bakının Nərimanov rayonunda 80 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq qadına köməklik göstəriblər.