Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib saxlanılıblar.
Onlar yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanmasında şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.