Bakının Nərimanov rayonunda azyaşlı uşağı motosiklet vurub. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
7 yaşlı N.Əliyeva yolu keçən zaman onu motosiklet vurub. Nəticədə yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.