Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Sonxeber.az-a istinadən xəbər verir.
Hadisə Aşıq Molla, 2A ünvanında qeydə alınıb. 52 yaşlı Habil Abbasov adıçəkilən ərazidə yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən özünü atıb. Şahidlərin sözlərinə görə, həmin ərazidə kişinin bacısı yaşayır.
Onun xəstəliyi səbəbindən intihar etdiyi güman olunur.
Faktla bağlı araşdırma aparılır.