Bakının Nərimanov rayonunda yerləşən evlərin birində oğurluq baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə avqustun 4-də baş verib. Naməlum şəxs tərəfindən 8500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.