Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində iki avtomobil toqquşub. Nəticədə 39 yaşlı Fəzilə Mehdiyeva xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırmalar aparılır.