Bakının Nərimanov rayonunda yerləşən tikintidən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Oktyabrın 4-də rayon ərazisində yerləşən tikintidən 3000 manat dəyərində təmir alətləri oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən F.Baxışov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.