Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, marketlərin birindən 3000 manat dəyərində ərzaq məhsulları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əbdül Salmanov saxlanılıb.
Hazırda araşdırmalar aparılır.