Nərimanov rayonunda narkokuryerlər tutulublar. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 30 yaşlı Elxan Həsənov narkokuryerlik etdikləri üçün saxlanılıblar. Onlarda ümumilikdə 2 kiloqram heroin və 1 kiloqram marixuana aşkar olunub.
Keçirilən digər əməliyyat zamanı narkotik alveri ilə məşğul olan 76 yaşlı Arif Abasov tutulub. Onda 400 ədəd tramadol həbi aşkar olunub.
Hər 2 faktla bağlı araşdırmalar davam edir.