Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Keşlə qəsəbəsində qeydə alınıb. 28 yaşlı Tahir Həsənov yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı və bədənin çoxsaylı sıyrılmış əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.