Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
25 yaşlı Şəhriyar Heydərov yolunu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub.
Hazırda araşdırma aparılır.