Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı Əli Məmmədli motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Ə.Məmmədli təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda araşdırmalar aparılır.