Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Səlim Bədirov saxlanılıb.
O, iki mağazadan ümumilikdə 1130 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.