Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov 2 mağazadan ümumilikdə 1110 AZN pul, eləcə də 2000 AZN dəyərində qol saatı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.