Nərimanov rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini V.Həsənov saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.