Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə metronun “Ulduz” stansiyası yaxınlığında qeydə alınıb. 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub. Qəza nəticəsində iki qadın müştərək travma alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.