Bakının Nərimanov rayonunda gənc oğlan qəzaya uğrayıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı Ağarza Rzayev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.