Bakının Nərimanov rayonunda yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Polis bölməsinə müraciət edən Xanım Əliyevadan əldə olunan məlumata əsasən, onunla bir yerdə yaşayan qızı, 16 yaşlı Elnurə Həziyeva fevralın 22-də yaşadığı evdən çıxaraq bir daha qayıtmayıb.
Qızın axtarışları polis əməkdaşları tərəfindən həyata keçirilir.