Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin mətbəxində qaz sobası və mətbəx mebeli yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.