Bakının Nərimanov rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 16-da dələduzluq yolu ilə sakinlərin birindən 150.000 manatını alıblar.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.