Nərimanov rayonunda yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan oyun zalı kimi fəaliyyət göstərən obyektdə qeydə alnııb. Nəticədə mətbəx 10 kv.m sahədə və içəridəki əşyalarla birgə yanıb. 1 nəfər yanıq xəsarətləri alıb, 6 nəfər təxliyə olunub. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.