Nərimanov rayonunda silahlı şəxslər tutulublar. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son bir neçə gün ərzində keçirilən əməliyyatlar nəticəsində adıçəkilən rayon ərazisində ümumilikdə 10 ədəd tüfəng, 1 ədəd “TT” və 1 ədəd “Makarov” markalı tapança, eləcə də 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunub.
Bundan əlavə, 7 ədəd ov tüfəngi vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Əməliyyatlar nəticəsində 10 nəfər saxlanılıb və onlar barəsində cinayət işi başlanılıb.