Nərimanov rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Belə ki, “Wolt” şirkətinin xanım kuryerinin idarə etdiyi motosikletlə "Mercedes Vito" markalı miniven və “Nissan” toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.