Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, Ceyhun Hacıbəyli küçəsində yolda yaranan problem gecə saatlarında aradan qaldırılıb.
13:32 - Nərimanov rayonunda yol çöküb – VİDEO
Paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yol çöküb. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Yolun çökməsinə görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülərin sözlərinə görə, problem bir neçə gün müşahidə olunur. Hətta avtomobillərdən birinin təkərləri partlayıb.
Hadisə ilə bağlı "Azərsu"ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunsa da, problem hələ də həll olunmayıb.
Ərtaflı süjetdə: