Bakının Nərimanov rayonu ərazisində 1700 manat dəyərində skuter oğurlanıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
16-cı Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini skuterinin evinin qarşısından oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hadisənin təfərrüatı araşdırılır.