Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 12 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və elektrik dirəyindən keçən kabel yanıb. Yanğın nəticəsində yüksək temperaturdan yaxınlıqda yığılan 9 kv.m taxta lövhələr və 6 kv.m sahədə taxta materiallar qismən qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Burada yığılan taxta materiallar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.