Bakıda bir neçə dövrə vuran avtomobil işıq dirəyinə çarpılıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nərimanov rayonunun Ziya Bünyadov prospektində “BMW” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. Yüksək sürətlə idarə edilən “BMW” bir neçə dövrə vuraraq, yolayrıcı betona, daha sonra işıq dirəyinə çarpılıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb, sürücü xəsarət alıb, yol təsərrüfatına isə ciddi ziyan dəyib.
Qəzadan sonra Ziya Bünyadov prospektinin 20 Yanvar istiqamətində olan hissəsində tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.