Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir.
Alışma səkkizmərtəbəli yaşayış binasında qeydə alınıb. Tikilinin 1-ci mərtəbəsində yerləşən restoranın havalandırma sistemində yağ qalıqları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.