Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, dekabrın 13-də oyun zalında bir nəfərin 1400 manat pul, sənəd və bank kartları olan pulqabısı oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Azər Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.