Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, bir nəfərin içərisində 500 manat pulu və bank kartı olan pulqabısı oğurlanıb və həmin bank kartından hesabındakı 211 manat çıxarılıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.