Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, otellərin birindən 2000 manat dəyərində telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Əhmədov saxlanılıb.
Hazırda araşdırma aparılır.