Bakının Nərimanov rayonunda ev və köşkdən oğurluq edilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, müxtəlif vaxtlarda evdən 6000 manat dəyərində məişət əşyaları, həmçinin bir köşkdən 800 manat dəyərində tütün məmulatı oğurlanıb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən İlkin Muradov və Elşad Rzayev saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.