Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elməddin Azizov saxlanılıb.
O, mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.