Bakının Nərimanov rayonunda üçmərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 480 kv.m olan 6 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları alışıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.