Bakının Nərimanov rayonunda meyit tapılıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində yerləşən mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz qalıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunaraq qapını açıblar və içəridə meyit aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.