Nərimanov rayonunda baş vermiş yanğın söndürülüb. Nəticədə 2 hektar sahədə məişət tullantıları və quru ot yanıb. Ərazinin plastikdən ibarət hasarı, ağaclar və ətraf ərazilər yanğından mühafizə olunub.
11:00 - Nərimanov rayonunda açıq ərazi yanır
Nərimanov rayonunda açıq ərazi yanır. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Əliyar Əliyev küçəsində baş verir. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri aparılır.