Nərimanov rayonunda avtomobil yoluna ağac aşıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun İzəddin Həsənoğlu küçəsində, Heydər Əliyev Mərkəzinin arxasında baş verib. Yola aşan ağac ərazidə sıxlıq yaradıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.