Bakının Nərimanov rayonunda narkotik aşkarlanıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Rəhman Quliyev saxlanılıb. Ondan 2 kiloqram 190 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.