Paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi olub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az məlumat verir.
Əhməd Rəcəbli küçəsində “Toyota Prius” markalı avtomobil “Mercedes” markalı minik avtomobilinə çarpılıb. Orta zolaqla hərəkət edən “Mercedes” sağa dönən zaman, sağ zolaqla düz hərəkət edən “Prius”a yol verməyib. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.