Nərimanov rayonunda 20 yaşlı gənc bıçaqlanıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
20 yaşlı Hikmət Kərimov aralarında yaranan mübahisə zamanı 18 yaşlı Fateh Məmmədov tərəfindən bıçaqlanıb. Nəticədə gənc oğlan dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.