Bakının Nərimanov rayonu ərazisində telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, oktyabrın 6-da rayon ərazisində bir nəfərin mobil telefonu oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.Gülmalıyev saxlanılıb.
Araşdırma zamanı, Gülmalıyevin Səbail rayonu ərazisində daha iki nəfərin mobil telefonunu oğurlaması müəyyən olunub.