Nərimanov rayonunda bank hesabından pul oğurlayan qadın saxlanılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakini bir nəfərin bank kartından 700 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.